Yaponiya şəhərləri Tokio Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançıları qəbul etməkdən imtina edir.
Bu barədə “Reuters” məlumat yayıb.
Toplanış və mədəniyyət mübadiləsi tədbirləri üçün nəzərdə tutulan 500 şəhərdən 40-dan çoxu yarışlar başlayana qədər əcnəbiləri qəbul etməkdən imtina edib.
Buna səbəb sözügedən şəhərlərdə koronavirusla bağlı vəziyyətin ağırlaşması olub.