"Keşlə"nin baş məşqçisi: "Bugünkü oyun final üçün yaxşı material oldu" » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Bakıdan kənarda torpaq qiymətlərində artımın səbəbi nədir? (VİDEO)  |     22:44 Şou-biznesdə ilk: Nura Suri süni intellektlə klip çəkdi - Video  |     22:34 İstanbul-Moskva təyyarəsi Həştərxanda məcburi eniş etdi  |     22:26 "Kəpəz" Malta millisinin futbolçusunu transfer etdi  |     22:17 Türkiyədə bina çökdü  |     22:01 Dünyanın ən təhlükəsiz minik avtomobilləri hansılardır?  |     21:44 Astaralı bacı-qardaş 7 aydır ki, meşədə, küçədə, kanalda yaşayır - VİDEO  |     21:28 Tramp ABŞ-nin əsas biotibb institutunun işini dayandırıb  |     21:09 Zaqatalada xəstəxanaya gələn 39 yaşlı şəxs anidən öldü  |     20:54 İspaniya polisi Çindən olan insan alveri şəbəkəsini yaxalayıb  |     20:43 Bakıda qadın qazdan boğulub öldü  |     20:31 İraqda neft emalı zavodunda yanğın baş verib, yaralananlar var  |     20:19 Putin: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır  |     20:08 Sosial şəbəkə hesabı olan nazirlər - Ən çox izləyicisi olanlar kimlərdir?  |     19:58 Rusiya XİN: Ukraynanın NATO-ya daxil olması sülhün əldə edilməsini istisna edir  |     19:53 Cəlilabadda 1990-cı il yanvar hadisələrinin iştirakçısı: Bizi döyən 30-40 yaşlı hərbçilər narkotikin təsiri altında idilər  |     19:48 Belarus Prezidenti 15 məhkumu əfv edib  |     19:42 Şənbə gününün hava proqnozu açıqlanıb  |     19:42 Goranboyda qohumunun evindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb  |     19:31 "Formula 1" pilotları nalayiq ifadələrə görə diskvalifikasiya oluna bilərlər  |    

"Keşlə"nin baş məşqçisi: "Bugünkü oyun final üçün yaxşı material oldu"

"Oyuna nəzarət tam olaraq bizdə idi. Amma qol imkanlarından istifadə edə bilmədik. Halbuki məşqlərdə bunun üzərində işləmişdik. Tapşırıqları yerinə yetirdiklərinə görə futbolçularımı təbrik edirəm".

"Report"un məlumatına görə, bu fikirləri "Keşlə" klubunun baş məşqçisi Sənan Qurbanov evdə "Sumqayıt"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVI tur oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bildirib ki, üstünlük komandasının tərəfində olsa da, qələbəni qonaqlar qazanıblar: "Futbolda belə hallar olur. Gərək, futbolçular üzülməsinlər. Düzdür, yaxşı oynadığın matçdakı məğlubiyyəti başa düşmək çətindir. Amma artıq bu görüşü unutmalıyıq. Qarşıda daha 2 oyunumuz var. Eyni zamanda, kubokun finalındayıq. Bunlar bizim üçün çox önəmli matçlardır. Bütün futbolçuları psixoloji cəhətdən oyuna hazırlamağa çalışacağıq".

Qurbanov birinci hissədəki top itkilərinin oyunlarına mənfi təsir etdiyini söyləyib: "Qapımız qarşısında təhlükəli əks-hücumlar gördük. Daha çox meydanın rəqibə aid hissəsində oynadığımızdan mümkün qədər uzun paslardan istifadə etməməyə çalışırdıq. İkinci hissədə isə topa daha çox sahib olduq. Abanqın əvəzlənməsini səhv qərar hesab etmirəm".

Baş məşqçinin sözlərinə görə, komandası mövsümü titulla başa vura bilər: "Bunun üçün pozitiv olmalı, oyunumuzdan həzz almalıyıq. Həmçinin səhvləri aradan qaldırmaq üçün onların üzərində işləmək lazımdır".

Mütəxəssis Sezar Meza Kollinin "Neftçi" ilə anlaşmasına dair çıxan xəbərlərə də aydınlıq gətirib: "Meza Kolli bacarıqlı futbolçudur. Ona təklif gəlməsi normaldır. Amma hazırda bizimlə müqaviləsi davam edir. Finalda da "Keşlə" ilə birlikdə olacaq. Yalnız həmin matçın final fitindən sonra onunla bağlı qərar veriləcək. Başqa istedadlı oyunçularımıza da təklif ola bilər. Həmin futbolçuları komandada saxlamağa çalışacağıq. Hələlik real vəziyyət budur".

Qurbanov "Sumqayıt"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final matçına da toxunub: "Rəqib yaxşı komandadır. Bunu hamımız bilirik. Bugünkü görüş bizim üçün də yaxşı material oldu. Final matçında bir-birimizə qarşı planlarımız olacaq".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            672 08.05.21 21:36