Azərbaycanlı güləşçi Rəsul Çunayevi Olimpiadadan məhrum etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:45 Ağstafada avtomobil piyadanı vuraraq öldürüb  |     22:11 Bu ölkənin Bakıda konsulluq şöbəsi açılacaq  |     21:45 "Sabah" "Kəpəz"lə heç-heçə edib  |     21:25 Mişustin COP29-da Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib  |     21:07 Bakıda sexdə yanğın - avtomobillər yandı  |     20:43 47 yaşlı müəllim qəfil vəfat etdi  |     20:35 Sirkə turşusu can aldı  |     20:29 “Qremmi”də nominasiyaların sayına görə liderdir  |     20:22 Mədəsindən 65 yad cisim tapılan uşaq öldü  |     20:17 “Evdə tək”in ulduzu bir neçə ildən sonra filmə çəkiləcək  |     20:10 Gecə Bakının girişində “Hyundai” aşdı - Video  |     20:04 Stres, yoxsa narahatlıq?  |     19:59 İran 2 milyon əfqan qaçqını ölkədən çıxaracaq  |     19:50 Ən uzun uçuş nə qədərdir və təyyarədə nələr var?  |     19:44 Yağıntılı hava şəraiti nə qədər davam edəcək?  |     19:37 İranda etiraz əlaməti olaraq soyunan tələbə ruhi xəstəxanaya göndərildi  |     19:31 Sosial şəbəkələrdə yeni yayılan dələduzluqda bank kartları və hesablar sındırılır? - VİDEO  |     19:24 Xan Şuşinskinin nəvəsinin toyu oldu (VİDEO)  |     19:15 Britaniya Bakıda keçiriləcək COP29 öncəsi səyləri birləşdirməyə çağırıb  |     19:09 COP konfransları dünyaya nə verir?  |    

Azərbaycanlı güləşçi Rəsul Çunayevi Olimpiadadan məhrum etdi

Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rəsul Çunayev Olimpiadaya vəsiqə qazana bilməyib.

Çunayev il yarımlıq fasilədən sonra Bolqarıstanın paytaxtı Sofiyada keçirilən güləş üzrə Dünya Olimpiya Təsnifat turnirində döşək üzərinə çıxıb.

O, ilk mərhələdə Moldova təmsilçisiylə gərgin mübarizə şəraitində keçən görüşdən qalib ayrılıb (4:4). Çunayev daha sonra yerli güləşçini xalçadan məyus yola salıb (6:0). Ancaq 1/4 finalda Ukrayna millisinin azərbaycanlı güləşçisi Pərviz Nəsibova 2:3 hesabı ilə uduzub.

Həmçinin Murad Məmmədov, Murad Lokyayev və Beka Kandelaki də uduzub. Bu isə o deməkdir ki, yunan-Roma güləşində 60, 67, 97 və 130 kq çəki dərəcələrində Azərbaycan təmsil olunmayacaq.

Yalnız ikiqat Avropa çempionu, dünya mükafatçısı Rafiq Hüseynovun Olimpiadaya lisenziya şansı qalıb. O, koreyalı (rəqibi yarışda iştirak etməyib), hindistanlı (8:0) və əlcəzairli (9:0) rəqiblərini məğlub edərək yarımfinala vəsiqə qazanıb. Əgər o, Bakı vaxtı ilə saat 20:00-dan sonra başlayacaq həlledici görüşdə finala vəsiqə qazansa, Olimpiadaya lisenziyanı təmin etmiş olacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            645 08.05.21 19:15