İyunun 11-13 aralığında keçirilməsi planlaşdırılan “Formula 1” üzrə Kanada Qran Prisinin ləğv olunmasından sonra yarışların təqviminə yeni məkan əlavə olunub.
“Haber Global”ın məlumatına görə, bu barədə “Formula 1”in rəsmi “Twitter” səhifəsindən paylaşım edilib.
Yarış təşkilatçıları Türkiyə Qran Prisinin yenidən təqvimə daxil edilməsi barədə məlumat veriblər.
Paylaşımda bildirilib ki, növbəti ildən etibarən Kanada Qran Prisinin yarışların təqviminə qayıtması gözlənilir. Belə ki, bu ölkə ilə Qran Pri mərhələsinin keçirilməsi üçün iki illik müqavilə imzalanıb.