Bolqarıstan millisinin sabiq futbolçusu Dimitar Berbatov yerli futbol ittifaqının prezidenti vəzifəsinə seçkilərdə iştirak edəcək.
"Report"un məlumatına görə, bu barədə veteran hücumçu Bolqarıstan teleqraf agentliyinə açıqlamasında deyib.
Seçkiqabağı təbliğat-təşviqat kampaniyasını açıq elan edən keçmiş forvard karyerasında yeni səhifə açdığını bildirib: "Bizi birləşdirən güc, şübhəsiz ki, ölkə futbolu üçün ən yaxşısını qazanmağa kömək edəcək. Dəyişiklik üçün fürsət axtarırıq. Futbolumuz üçün ən yaxşısını əldə etməyimizə imkan verən təkliflərə açığıq".
Prezident seçkiləri iyunun 25-də keçiriləcək.
Qeyd edək ki, qurumun əvvəlki prezidenti Borislav Mixaylov 2019-cu ildə istefa verdikdən sonra bu vəzifəni müvəqqəti olaraq vitse-prezident Mixail Kasabov yerinə yetirir.