MBA klubu "Sakramento Kinqs" bir ilkə imza atıb.
Median.Az apasport.az saytın-a istinadən xəbər verir ki, rəhbərlik basketbolçuların maaşını kriptovalyuta ilə ödəmək qərarına gəlib.
Klub prezidenti Vivek Ranadive iclasda hər kəsin maaşını məhz bitkoynla alacağını açıqlayıb. O, toplantı zamanı bunları söyləyib: "Qarşıdakı günlərdə bunu hər kəsə təklif etdiyimi bəyan edəcəyəm. Basketbolçular da daxil olmaqla, hamı maaşının istədiyi qədərini bitkoynla ala biləcək".
Qeyd edək ki, 1 bitkoyn 99 min 524 manatdır.