Taekvondo üzrə Azərbaycan milli komandasının aprelin 8-də Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək Avropa çempionatı üçün heyəti açıqlanıb.
Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, dörd gün davam edəcək yarışa 11 idmançı yollanacaq.
G4 kateqoriyalı yarışda baş məşqçilər Rza Mehmandust və Elnur Amanovun rəhbərliyi altında kişilərdən Bəhruz Quluzadə (-54 kq), Pərviz İsgəndərov (-58 kq), Xanoğlan Kərimov (-63 kq), Cavad Ağayev (-68 kq), Ayxan Tağızadə (-74 kq), Milad Beiqi Hərçəqani (-80 kq), Payam Qobadi Oğaz (-87 kq) və Radik İsayev (+87 kq), qadınlardan isə Minayə Əkbərova (-46 kq), Patimat Abakarova (-49 kq) və Fəridə Əzizova (-67 kq) mübarizə aparacaq.
Nümayəndə heyətinə federasiyanın vitse-prezidenti Niyaməddin Paşayev başçılıq edəcək. Gündüz Abdullayev isə Sofiyaya hakim qismində yollanacaq.