Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirinin finalına yüksəlib.
"Report"un məlumatına görə, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Moldova təmsilçisi Maksim Sakultana qalib gəlib.
3 qat dünya və Avropa çempionu həlledici görüşə vəsiqə qazanmaqla, eyni zamanda Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
57 kq-dakı İslam Bazarqanov isə yarımfinalda Georgi Valentinov Vangelova uduzaraq, həm qızıl medal, həm də lisenziya şansını əldən verib.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın 15 idmançısı olimpiadaya vəsiqə qazanıb.