Bir neçə gün əvvəl oyun vaxtı başına şayba deyən Rusiya Gənclər Xokkey Liqasında çıxış edən Timur Fayzutdinov vəfat edib.
Bu barədə hokkeyçinin çıxış etdiyi MHK “Dinamo” klubunun “VKontakte” səhifəsində məlumat verilib.
Qeyd edək ki, başına şayba deyən 19 yaşlı idmançı reanimasiyaya yerləşdirilmişdi.
Həkimlər üç gün onun həyatını xilas etməyə çalışsalar da gənc hokkeyçi bu gün səhər saatlarında vəfat edib.