Taekvondoçularımızı uzun fasilədən sonra gözləyən ilk yarış » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:28 Bakıda qızına təcavüz edən ataya HÖKM OXUNDU  |     14:31 Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib  |     14:20 Ancelina Colinin boşanması ilə bağlı iddia: Əzab vermək istəyib  |     14:19 Konor Makqreqor UFC-dən ayrılır?  |     14:11 Qışda sağlamlığı möhkəmləndirmək üçün qədim içki - Kompotdan daha faydalı uzvar  |     13:56 Tailandda qorxunc hadisə: Rusiyalı kişiyə ölüm cəzası verilə bilər - SƏBƏB  |     13:53 ABŞ pasportlarında ciddi dəyişiklik edilir  |     13:48 Arıqlamağın düşmənləri: Maddələr mübadiləsini yavaşladan 5 məhsul  |     13:41 Azərbaycan idmançısı bürünc medal qazanıb  |     13:32 Miri Yusifin prodüserini hədələyən şəxs saxlanıldı  |     13:28 Bakıda avtomobil mopedlə toqquşub, ölən var  |     13:18 Ağadadaş Ağayevin balta ilə xəsarət yetirdiyi xadimə Mübariz Mənsimovun əmisi qızıdır  |     23:03 Bakıdan kənarda torpaq qiymətlərində artımın səbəbi nədir? (VİDEO)  |     22:44 Şou-biznesdə ilk: Nura Suri süni intellektlə klip çəkdi - Video  |     22:34 İstanbul-Moskva təyyarəsi Həştərxanda məcburi eniş etdi  |     22:26 "Kəpəz" Malta millisinin futbolçusunu transfer etdi  |     22:17 Türkiyədə bina çökdü  |     22:01 Dünyanın ən təhlükəsiz minik avtomobilləri hansılardır?  |     21:44 Astaralı bacı-qardaş 7 aydır ki, meşədə, küçədə, kanalda yaşayır - VİDEO  |     21:28 Tramp ABŞ-nin əsas biotibb institutunun işini dayandırıb  |    

Taekvondoçularımızı uzun fasilədən sonra gözləyən ilk yarış

Taekvondo millimiz uzun fasilədən sonra bu ay yarışa çıxa bilər.

20-21 fevral tarixlərində Türkiyənin İstanbul şəhərində ənənəvi “Turkish Open” turniri keçiriləcək. 22 fevralda 11-14 yaşlılar, 23 fevralda isə gənclər yarışacaq.

G-1 kateqoriyalı turnirdə millimizin də çıxış edəcəyi gözlənilir. Bu barədə Oxu.Az-a Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev danışıb:

“Biz 7-8 may tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə kimi üç yarışda iştirak etməyi planlaşdırmışıq. Bu həftə Türkiyədən bizə məlumat verildi ki, “Turkish Open” turniri keçiriləcək.

Həftənin bazar ertəsi günü federasiya rəsmiləri məşqçilər heyəti ilə iclas keçirib, bu yarışda iştirakımızı müzakirə edəcəyik. Həmçinin, müzakirə edəcəyik ki, yaxın ölkələrdən daha hansında yarış varsa, onlarda iştirak edək”.

Qeyd edək ki, Avropa Olimpiya Təsnifat turnirinədək olan yarışlar bunlardır:

“Ramus Sofia Open” (7 mart, Sofiya/Bolqarıstan), qadınların açıq dünya çempionatı (8-10 mart, Ər-Riyad/Səudiyyə Ərəbistanı), “Spanish Open” (14 mart, Alikante/İspaniya), “Böyük Dəbilqə” (mart, Usi/Çin), Avropa çempionatı (8-11 aprel, Sofiya/Bolqarıstan), “Beirut Open” (25 aprel, Beyrut/Livan).

Xatırladaq ki, Azərbaycandan taekvondoya lisenziya alan yeganə idmançı hələ ki Milad Beiqi Hərçəqanidir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            810 06.02.21 19:31