Azərbaycan və İsrail gimnastika federasiyalarının birgə onlayn vebinarı keçiriləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:45 Ağstafada avtomobil piyadanı vuraraq öldürüb  |     22:11 Bu ölkənin Bakıda konsulluq şöbəsi açılacaq  |     21:45 "Sabah" "Kəpəz"lə heç-heçə edib  |     21:25 Mişustin COP29-da Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib  |     21:07 Bakıda sexdə yanğın - avtomobillər yandı  |     20:43 47 yaşlı müəllim qəfil vəfat etdi  |     20:35 Sirkə turşusu can aldı  |     20:29 “Qremmi”də nominasiyaların sayına görə liderdir  |     20:22 Mədəsindən 65 yad cisim tapılan uşaq öldü  |     20:17 “Evdə tək”in ulduzu bir neçə ildən sonra filmə çəkiləcək  |     20:10 Gecə Bakının girişində “Hyundai” aşdı - Video  |     20:04 Stres, yoxsa narahatlıq?  |     19:59 İran 2 milyon əfqan qaçqını ölkədən çıxaracaq  |     19:50 Ən uzun uçuş nə qədərdir və təyyarədə nələr var?  |     19:44 Yağıntılı hava şəraiti nə qədər davam edəcək?  |     19:37 İranda etiraz əlaməti olaraq soyunan tələbə ruhi xəstəxanaya göndərildi  |     19:31 Sosial şəbəkələrdə yeni yayılan dələduzluqda bank kartları və hesablar sındırılır? - VİDEO  |     19:24 Xan Şuşinskinin nəvəsinin toyu oldu (VİDEO)  |     19:15 Britaniya Bakıda keçiriləcək COP29 öncəsi səyləri birləşdirməyə çağırıb  |     19:09 COP konfransları dünyaya nə verir?  |    

Azərbaycan və İsrail gimnastika federasiyalarının birgə onlayn vebinarı keçiriləcək

Karantin günlərinin davam etdiyi və bir çox yarışların təxirə salındığı dövrdə Azərbaycan və İsrail Gimnastika Federasiyaları ilk dəfə olaraq 2021-ci ilin 12-14 fevral tarixlərində bədii gimnastika üzrə çox maraqlı onlayn "Gələcəyə addım" adlı vebinar keçirəcəklər.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, vebinarda iştirak ödənişli əsaslarla həyata keçirilir və iştirak haqqı 40 manat təşkil edir. Vebinar Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitələrinin üzvləri - Noha Abu Şabana (Bədii gimnastika), İzabel Savada (Bədii gimnastika), Cef Tomson (Kişi idman gimnastikası), məşqçilər - Qabriela Müller (İsveçrə), Taro Netzer (Avstriya), Roman Yahoda (Avstriya), eləcə də, Porto və Coimbra Universitetlərinin Professoru - Lurdeş Avila-Karvalo (Portuqaliya) tərəfindən keçiriləcəkdir. Vebinarın məqsədi iştirakçılara bu çətin dönəmdə yeni biliklər qazandırmaq, onları motivasiya etmək və iki ölkənin federasiyalarının arasında əməkdaşlığın və dostluğun möhkəmləndirilməsindən ibarətdir.

Onlayn vebinar Bakı vaxtı ilə saat 18:00-da (İsrail vaxtı ilə 16:00) keçiriləcək.

Vebinarda iştirak etmək arzusunda olanlar bu linkdən (https://agf.az/en/forms/-step-to-the-future--webinar-o-267210) istifadə edərək qeydiyyatdan keçə bilərlər.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            879 03.02.21 23:23