“İndependent” nəşri iki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqor və yüngül çəkidə keçmiş müvəqqəti çempion Dastin Puarye arasında keçiriləcək revanş döyüşünə görə alacaqları qonorarların miqdarını açıqlayıb.
Nəşrin yazdığına görə, Makqreqor 5, Puarye isə 1 milyon dollar qonorar alacaq. Bundan əlavə, hər iki döyüşçü ödənişli yayımlardan da faiz əldə edəcəklər.
Qeyd edək ki, revanş döyüşü UFC 257 turniri çərçivəsində təşkil olunacaq.
Xatırladaq ki, rəqiblər arasında ilk döyüş 2014-cü ilin sentyabr ayında baş tutub. Makqreqor Puaryeni ilk raunddaca nokauta göndərib.
Karyerası ərzində Makqreqor 26 görüşdən 22-də qələbə qazanıb. Puaryenın şəxsi hesabında isə 22 qələbə və 6 məğlubiyyət var.