Dopinq testi üçün nümunələri dəyişdirməkdə ittiham olunan Nicat Rəhimovdan AÇIQLAMA - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:31 Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib  |     14:20 Ancelina Colinin boşanması ilə bağlı iddia: Əzab vermək istəyib  |     14:19 Konor Makqreqor UFC-dən ayrılır?  |     14:11 Qışda sağlamlığı möhkəmləndirmək üçün qədim içki - Kompotdan daha faydalı uzvar  |     13:56 Tailandda qorxunc hadisə: Rusiyalı kişiyə ölüm cəzası verilə bilər - SƏBƏB  |     13:53 ABŞ pasportlarında ciddi dəyişiklik edilir  |     13:48 Arıqlamağın düşmənləri: Maddələr mübadiləsini yavaşladan 5 məhsul  |     13:41 Azərbaycan idmançısı bürünc medal qazanıb  |     13:32 Miri Yusifin prodüserini hədələyən şəxs saxlanıldı  |     13:28 Bakıda avtomobil mopedlə toqquşub, ölən var  |     13:18 Ağadadaş Ağayevin balta ilə xəsarət yetirdiyi xadimə Mübariz Mənsimovun əmisi qızıdır  |     23:03 Bakıdan kənarda torpaq qiymətlərində artımın səbəbi nədir? (VİDEO)  |     22:44 Şou-biznesdə ilk: Nura Suri süni intellektlə klip çəkdi - Video  |     22:34 İstanbul-Moskva təyyarəsi Həştərxanda məcburi eniş etdi  |     22:26 "Kəpəz" Malta millisinin futbolçusunu transfer etdi  |     22:17 Türkiyədə bina çökdü  |     22:01 Dünyanın ən təhlükəsiz minik avtomobilləri hansılardır?  |     21:44 Astaralı bacı-qardaş 7 aydır ki, meşədə, küçədə, kanalda yaşayır - VİDEO  |     21:28 Tramp ABŞ-nin əsas biotibb institutunun işini dayandırıb  |     21:09 Zaqatalada xəstəxanaya gələn 39 yaşlı şəxs anidən öldü  |    

Dopinq testi üçün nümunələri dəyişdirməkdə ittiham olunan Nicat Rəhimovdan AÇIQLAMA - FOTO

Sidik analizini dəyişdirməkdə ittiham olunan Qazaxıstanın ağırlıqqaldırma millisinin azərbaycanlı legioneri Nicat Rəhimov açıqlama yayıb.

Median.Az xəbər verir ki, 27 yaşlı Olimpiya və dünya çempionu test nümunəsinin dəyişdirilməsinə görə özünün günahkar olmadığını bildirib:

“Dostlar, mənə qarşı irəli sürülən dəyişdirmə iddiaları barədə bildiriş almışam. Belə xəbərin növbəti yarışlara hazırlaşan hər bir idmançı üçün gözlənilməzlik olduğunu düşünürəm.

Məni qadağan olunmuş bir şeydən istifadə etməkdə günahlandırmırlar. Hər hansı bir peşəkar idmançı kimi, mövsüm ərzində dəfələrlə dopinq üçün nümunələr verirəm, sonradan mənim sidik analizimlə nə baş verir mənə məlum deyil və bu, bizi yoxlayan test qurumlarının məsuliyyətidir.

Dostlar, təslim olub başqasının günahını özümə götürmək niyyətində deyiləm. Qələbələrim günü minlərlə qazaxıstanlının mənimlə birlikdə sevindiyi o anlar həmişə məni ilhamlandırır! Əminəm ki, sadiq dostlarım, bu gün də mənə dəstək olacaqsınız. Mən ədalətli idmanın tərəfdarıyam.

İndi izahlarımı Beynəlxalq Test Agentliyinə təqdim etməliyəm, yuxarıda yazdıqlarımın hamısını söyləyəcəyəm”.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            729 20.01.21 20:30