Füzuli Məmmədov: “Bu gün məğlubiyyətimizin səbəbi buraxdığımız səhvlərdir” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:45 Ağstafada avtomobil piyadanı vuraraq öldürüb  |     22:11 Bu ölkənin Bakıda konsulluq şöbəsi açılacaq  |     21:45 "Sabah" "Kəpəz"lə heç-heçə edib  |     21:25 Mişustin COP29-da Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib  |     21:07 Bakıda sexdə yanğın - avtomobillər yandı  |     20:43 47 yaşlı müəllim qəfil vəfat etdi  |     20:35 Sirkə turşusu can aldı  |     20:29 “Qremmi”də nominasiyaların sayına görə liderdir  |     20:22 Mədəsindən 65 yad cisim tapılan uşaq öldü  |     20:17 “Evdə tək”in ulduzu bir neçə ildən sonra filmə çəkiləcək  |     20:10 Gecə Bakının girişində “Hyundai” aşdı - Video  |     20:04 Stres, yoxsa narahatlıq?  |     19:59 İran 2 milyon əfqan qaçqını ölkədən çıxaracaq  |     19:50 Ən uzun uçuş nə qədərdir və təyyarədə nələr var?  |     19:44 Yağıntılı hava şəraiti nə qədər davam edəcək?  |     19:37 İranda etiraz əlaməti olaraq soyunan tələbə ruhi xəstəxanaya göndərildi  |     19:31 Sosial şəbəkələrdə yeni yayılan dələduzluqda bank kartları və hesablar sındırılır? - VİDEO  |     19:24 Xan Şuşinskinin nəvəsinin toyu oldu (VİDEO)  |     19:15 Britaniya Bakıda keçiriləcək COP29 öncəsi səyləri birləşdirməyə çağırıb  |     19:09 COP konfransları dünyaya nə verir?  |    

Füzuli Məmmədov: “Bu gün məğlubiyyətimizin səbəbi buraxdığımız səhvlərdir”

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçirilən “Neftçi” - “Qalatasaray” (1:3) oyunundan sonra ənənəvi mətbuat konfransı keçirilib.

Oxu.Az-ın Bakı Olimpiya Stadionunda olan müxbiri “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədovun mətbuat konfransında səsləndirdiyi fikirləri təqdim edir:

“Qalatasaray” kimi komandalarla oyunlarda kobud səhvlər bağışlanmır. Bu gün məğlubiyyətimizin səbəbi buraxdığımız səhvlərdir.

Rəqib elə komandadır ki, top səviyyədə olan futbolçuları var. Belə komandalar xırda səhvləri bağışlamır. Ona görə də rəqibə maksimum az boşluq verməlisən.

Səlahət Ağayev zədəli idi. Ona görə heyətə əlavə etməmişdik. Stiven Jozef-Monrozun da zədəsi vardı. Prins İbara yeni gəlib. İlk qolunu vurdu. Tədricən o artıracaq.

Etiraf edim ki, “Şkupi” və “Sumqayıt”la oyunlarda bundan daha çox səhv buraxmışdıq. Amma “Qalatasaray” bu komandalardan fərqlidir. Az səhv etsən belə, qapında top görəcəksən. Bu matçda inamlı görünməyimizin səbəbi rəqibin adına görə motivasiyanın yüksək olması idi”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 200 17.09.20 23:31