“Neftçi” - “Qalatasaray” matçında hesab açıldı - YENİLƏNİB (VİDEO)
UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “Neftçi” - “Qalatasaray” matçında hesab açılıb.
Oyunun 19-cu dəqiqəsində “Qalatasaray”ın futbolçusu Mbaye Diaqne baş zərbəsi ilə komandasını hesabda irəli çıxarıb: 0-1
* * * * *
UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “Neftçi” və Türkiyənin “Qalatasaray” klubları arasındakı matçın start fiti çalındı.
* * * * *
UEFA Avropa Liqasının II təsnifat mərhələsində üz-üzə gələcək "Neftçi" və Türkiyənin "Qalatasaray" klublarının start heyətləri açıqlanıb.
Maraqlıdır ki, qonaqların ulduz oyunçularından Radamel Falkao və Arda Turan ilk 11-likdə yoxdurlar.
"Neftçi": 30. Aqil Məmmədov, 26. Ömər Buludov, 3. Mamadu Mbodj, 6. Voislav Stankoviç, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k), 36. Mamadu Kane, 10. Saman Nərimancahan, 7. Namik Ələskərov, 24. Yusuf Laval, 13. Prins İbara
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 2. Cabir Əmirli, 4. Rener Alves De Souza, 22. Mirabdulla Abbasov, 27. Fərid Yusifli, 29. Sabir Buqrin, 91. Tallison Dias
Baş məşqçi: Füzuli Məmmədov
"Qalatasaray": 99. Fatih Öztürk, 14. Martin Linnes (k.), 45. Markao, 27. Kristian Luyindama, 36. Marselo Saraççi, 4. Taylan Antalyalı, 54. Emre Kılınc, 8. Rayan Babel, 10. Yunes Belhanda, 19. Ömer Bayram, 90. Mbaye Diaqne
Ehtiyat oyunçular: 34. Okan Koçuk, 3. Omar Elabdullaui, 9. Radamel Falkao, 15. Rayan Donk, 21. Cimmi Durmaz, 66. Arda Turan, 89. Sofian Fequli
Baş məşqçi: Fatih Terim
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!