“Sabah”da komanda yoldaşı olan və dost münasibətləri ilə seçilən futbol üzrə milli komandalarımızın üzvləri Təmkin Xəlilzadə və Ozan Can Kökçü bundan sonra daha yaxın olacaqlar.
Oxu.Az xəbər verir ki, futbolçular dostluqdan əlavə ailəvi bağlarla da yaxınlaşacaqlar.
Belə ki, Təmkin Xəlilzadənin həyat yoldaşı Cinarə Kazımi Xəlilzadənin yaxın rəfiqəsi Ozan Can Kökçü ilə nişanlanıb.
Məsələ ilə bağlı “Instagram” hesabında paylaşım edən Təmkin “Dost idik, ailə olduq. Bacım və qardaşım xoşbəxt olun!” yazıb.
Qeyd edək ki, Təmkin Xəlilzadə əsas, Türkiyə əsilli Ozan Can Kökçü isə U-21 millimizdə çıxış edir.