Bu gün 21 yaşadək futbol millimiz (U-21) Avropa çempionatının seçmə mərhələsində Fransadan olan yaşıdları ilə qarşılaşacaq.
Məşhur “Lequipe” nəşri xəbər verir ki, yığmamızın qrupdakı rəqiblərindən olan Gürcüstan U-21-nə texniki məğlubiyyət verilə bilər.
Belə ki, Fransa U-21-i üç gün əvvəl səfərdə Gürcüstan üzərində qələbə (2:0) qazanıb. Gürcülər meydana adı heyətdə olmayan oyunçu daxil edib. Bu səbəbdən də Gürcüstana 0:3 hesablı texniki məğlubiyyət verilə bilər. Hazırda UEFA bu məsələyə baxır.
Gürcüstan və Azərbaycan seçmə qrupda altı xal toplayıb.
Qeyd edək ki, həmin görüşün 26-cı dəqiqəsində “Arsenal”ın sabiq, “Lion”un indiki futbolçusu Jef-Ren Adelaid sağ ayaq əzələsindən zədələnərək sıradan çıxıb. 22 yaşlı yarımmüdafiəçinin tibbi baxışdan sonra bu gün saat 21:00-da Sumqayıtda başlayacaq Azərbaycanla oyunda çıxış etməyəcəyi dəqiqləşib.