Bakının “Neftçi” və Gəncənin “Kəpəz” klubunun veteran futbolçusu Arzu Mirzəyev dünyasını dəyişib.
Bu barədə “Report”a “Kəpəz”in Mətbuat xidmətinin rəhbəri Azad Mustafayev məlumat verib.
Mustafayevin sözlərinə görə, sabiq yarımmüdafiəçi 58 yaşında vəfat edib. Onun səhər saatlarında yaşadığı evdə meyiti aşkarlanıb.
Qeyd edək ki, Arzu Mirzəyev 1979 – 1983-cü illərdə “Kəpəz”də, 1984 – 1991-ci illərdə “Neftçi”də forma geyinib. O, flaqmanın heyətində 181 oyun keçirib, 5 qol vurub.
Mirzəyev futbolçu karyerasını bitirdikdən sonra “Kəpəz” və Gədəbəyin “Narzan” komandalarının baş məşqçisi də olub. O, son illərdə Gəncədəki “Təhsil” İdman Mərkəzində məşqçi işləyib.