“Liverpul”un yarımmüdafiəçisi Jorjinyo Veynaldum böyük ehtimalla karyerasını İspaniyada davam etdirəcək.
Bu barədə “Sport.es” məlumat yayıb.
29 yaşlı futbolçu artıq “Barselona”ya keçməyə hazırdır və hətta klubla üçillik müqaviləyə razılaşıb. Transferin ümumi dəyərinin bonuslarla birlikdə 20 milyon avrodan az olacağı qeyd olunur.