“Qarabağ”ın pley-offda qarşılaşacağı potensial rəqiblər bilindi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Dili bilməyən tələbələr ingilis bölməsində necə oxuyurlar?  |     22:52 Çanaqqala boğazında gəmilərin hərəkəti dayandırılıb  |     22:41 Xroniki yorğunluqdan əziyyət çəkənlər oxusun  |     22:29 Tramp: Venesuela qanunsuz miqrantları qəbul etməyə razılaşıb  |     22:11 Qəhvə beyinə necə təsir edir? – Maraqlı araşdırma  |     22:02 ANAMA sədrinin birinci müavini Bəhruz Məmmədov vəzifəsindən azad edildi  |     21:50 Bakı-Quba yolunda ağır qəza - Avtobus yük maşını ilə toqquşdu  |     21:37 “Qarabağ” yenə gerilədi  |     21:25 Paşinyan Trampdan rədd cavabı aldı  |     21:17 9 yaşlı uşaq zəhərlənib öldü  |     21:08 Yaxın günlərdə Kamçatkada güclü vulkan püskürə bilər  |     20:55 Azərbaycanda 255 min nəfər pulu olmadığı üçün ərzağı nisyə alıb - Rayonlar üzrə siyahı  |     20:40 Xəstəxanaya yerləşdirilən Nazimin səhhəti necədir? - AÇIQLAMA  |     20:37 Fərqanəyə uçan Özbəkistan təyyarəsi Türkmənistanda məcburi eniş edib  |     20:22 Hikmət Hacıyev İrana getdi - Mühüm görüşlər keçirdi  |     20:07 Qazaxıstan BMT reytinqində kibertəhlükəsizlik üzrə liderlərin ilk üçlüyünə daxil olub  |     19:59 Türkiyə Ordusu İraqda iki terrorçunu öldürüb  |     19:54 İsrail 183 fələstinli məhbusu azad edib  |     19:46 İrəvan sakinləri nəqliyyatda gediş haqqının bahalaşması ilə bağlı meriyanın qərarını boykot edirlər  |     19:39 Koreyada iki balıqçı gəmisi saya oturub, bir nəfər ölüb  |    

“Qarabağ”ın pley-offda qarşılaşacağı potensial rəqiblər bilindi

"Qarabağ” komandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.

Ağdam təmsilçisi III təsnifat mərhələsində Norveç çempionu "Molde”ni keçərsə, "Ferentsvaroş” (Macarıstan) – "Dinamo” (Xorvatiya) cütünün qalibi üz-üzə gələcək.

Ölkə çempionu ilk oyununu evdə, cavab qarşılaşmasını səfərdə (Budapeşt və ya Zaqreb) keçirəcək.

Pley-off mərhələsinin ilk matçları 22-23 sentyabr, cavab qarşılaşmaları isə 29-30 sentyabr tarixlərində oynanılacaq.

Qeyd edək ki, "Qarabağ” – "Molde” oyunu sentyabrın 16-da keçiriləcək. Bu matç saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            999 01.09.20 22:05