Koronavirusa yoluxmuş idmançımız danışdı: “Ağciyərimdə kristal şüşə görüntüsü var” - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:45 Ağstafada avtomobil piyadanı vuraraq öldürüb  |     22:11 Bu ölkənin Bakıda konsulluq şöbəsi açılacaq  |     21:45 "Sabah" "Kəpəz"lə heç-heçə edib  |     21:25 Mişustin COP29-da Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib  |     21:07 Bakıda sexdə yanğın - avtomobillər yandı  |     20:43 47 yaşlı müəllim qəfil vəfat etdi  |     20:35 Sirkə turşusu can aldı  |     20:29 “Qremmi”də nominasiyaların sayına görə liderdir  |     20:22 Mədəsindən 65 yad cisim tapılan uşaq öldü  |     20:17 “Evdə tək”in ulduzu bir neçə ildən sonra filmə çəkiləcək  |     20:10 Gecə Bakının girişində “Hyundai” aşdı - Video  |     20:04 Stres, yoxsa narahatlıq?  |     19:59 İran 2 milyon əfqan qaçqını ölkədən çıxaracaq  |     19:50 Ən uzun uçuş nə qədərdir və təyyarədə nələr var?  |     19:44 Yağıntılı hava şəraiti nə qədər davam edəcək?  |     19:37 İranda etiraz əlaməti olaraq soyunan tələbə ruhi xəstəxanaya göndərildi  |     19:31 Sosial şəbəkələrdə yeni yayılan dələduzluqda bank kartları və hesablar sındırılır? - VİDEO  |     19:24 Xan Şuşinskinin nəvəsinin toyu oldu (VİDEO)  |     19:15 Britaniya Bakıda keçiriləcək COP29 öncəsi səyləri birləşdirməyə çağırıb  |     19:09 COP konfransları dünyaya nə verir?  |    

Koronavirusa yoluxmuş idmançımız danışdı: “Ağciyərimdə kristal şüşə görüntüsü var” - FOTO

“Mayın 20-də analiz verdim. Həmin gün testin nəticəsi pozitiv çıxdı. Məni Atletlər Kəndinə apardılar. 10 gün orada karantində qaldım. Sonra verdiyim testin nəticəsi neqativ çıxdığı üçün evə buraxıldım və rentgendən keçdim. Ağciyərimdə “kristal şüşə” görüntüsü var. Nəfəs ala bilmirəm.

Yenidən təcili yardıma zəng vurdum. Məni 1 saylı Kliniki Tibbi Mərkəzə gətirdilər. Təkrar analiz verdim, cavab pozitiv çıxdı. Hazırda Tibb Universitetinin Tədris Terapevtik Klinikasında müalicə olunuram. Bir neçə gündür buradayam, dəqiq yadımda deyil. Məni süni nəfəs aparatına qoşublar”.

Bunu Oxu.Az-a koronavirusa yoluxmuş pauerliftinq üzrə üçqat dünya və Avropa çempionu Bayram Əliyev deyib.

Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin mayoru, pauerliftinqin benç-press növündə yarışan idmançının testinin nəticələri pozitiv çıxıb. O, təngnəfəs halda bizə fikirlərini çatdırmağa çalışdı:

“Ölməsəm, 10-15 gün müalicə olunmalıyam. Yəqin ki, bundan sonra yenidən testdən keçiriləcəm.

Nədən, kimdən mənə virusun yoluxduğunu deyə bilmərəm. Hər şey ola bilər. Kiməsə şər ata bilmərəm. Dövlət Gömrük Komitəsində tək məndə deyil, bir çox işçidə testin nəticəsi pozitiv çıxıb. Hamısı müalicə olunur. Şükürlər olsun ki, əməkdaşlarımızdan dünyasını dəyişən yoxdur”.

Əməkdar idman ustası olan B.Əliyev onu da bildirib ki, əhali koronavirusa inanmır. O, insanları bu xəstəliyə ciddi yanaşmağa çağırıb:

“Yazıya mənim idmançı şəkilimi qoyun. İnsanlar görsünlər ki, mən nəşə çəkən deyiləm, idmançıyam. 2003-cü ildən peşəkar idmandayam. İndiyədək ağciyərimdə heç bir xəstəlik olmayıb. Mən koronavirusa yoluxdumsa, adi vətəndaşlar da bu xəstəliyə tutula bilər. Ona görə də özünüzü və ailənizi qoruyun. Mən də koronavirusa inanmırdım. Amma özüm yoluxandan sonra gördüm ki, çox ciddi xəstəlikdir”.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 401 04.06.20 14:28