Oqtay Abdullayev: “Qalib gələndə də deyirlər ki, oyunu satmışam” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:45 Ağstafada avtomobil piyadanı vuraraq öldürüb  |     22:11 Bu ölkənin Bakıda konsulluq şöbəsi açılacaq  |     21:45 "Sabah" "Kəpəz"lə heç-heçə edib  |     21:25 Mişustin COP29-da Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib  |     21:07 Bakıda sexdə yanğın - avtomobillər yandı  |     20:43 47 yaşlı müəllim qəfil vəfat etdi  |     20:35 Sirkə turşusu can aldı  |     20:29 “Qremmi”də nominasiyaların sayına görə liderdir  |     20:22 Mədəsindən 65 yad cisim tapılan uşaq öldü  |     20:17 “Evdə tək”in ulduzu bir neçə ildən sonra filmə çəkiləcək  |     20:10 Gecə Bakının girişində “Hyundai” aşdı - Video  |     20:04 Stres, yoxsa narahatlıq?  |     19:59 İran 2 milyon əfqan qaçqını ölkədən çıxaracaq  |     19:50 Ən uzun uçuş nə qədərdir və təyyarədə nələr var?  |     19:44 Yağıntılı hava şəraiti nə qədər davam edəcək?  |     19:37 İranda etiraz əlaməti olaraq soyunan tələbə ruhi xəstəxanaya göndərildi  |     19:31 Sosial şəbəkələrdə yeni yayılan dələduzluqda bank kartları və hesablar sındırılır? - VİDEO  |     19:24 Xan Şuşinskinin nəvəsinin toyu oldu (VİDEO)  |     19:15 Britaniya Bakıda keçiriləcək COP29 öncəsi səyləri birləşdirməyə çağırıb  |     19:09 COP konfransları dünyaya nə verir?  |    

Oqtay Abdullayev: “Qalib gələndə də deyirlər ki, oyunu satmışam”

“Çempionat yarımçıq saxlanılmasa belə, biz onsuz da çempionluğa gedirdik. Bu, düzgün infrastruktur qurmağın nəticəsidir. Ətrafımda işləyən tovuzlu işçilər və azarkeşlərimiz sağ olsunlar. Onların sayəsində biz bu çempionluğa nail olduq”.

Bunu oxu.az-a “Turan Tovuz” klubunun Müşahidə Şurasının sədri Oqtay Abdullayev deyib.

AFFA-nın İcraiyyə Komitəsinin dünənki iclasından sonra I divizion və 19 yaşadək komandaların (U-19) çempionatında cari mövsüm ləğv olunub. Hər iki çempionatda region komandalar qalib elan olunub. I divizionda “Turan Tovuz”, U-19 liqasında isə “Qəbələ” birinci sırada olduğu üçün çempion sayılıb.

“Bizə medalların nə vaxt veriləcəyi barədə heç nə deyilməyib. Çünki qərar yenicə verilib. Açığı, birinci sırada olmağımıza baxmayaraq, çempionatın bərpa olunmasını istərdim. Futbolu nə üçün oynayırlar?! Kiminsə, nəyinsə hesabına çempion olmaq istəməzdim. Neyləyək ki, bu vəziyyət bütün dünyada oldu”, – deyə O.Abdullayev bildirib.

Böyük ehtimalla, I divizionun çempionu növbəti mövsüm də Premyer Liqada təmsil olunmayacaq. Buna səbəb kimi isə Premyer Liqada komandaların sayının artırılmamasını göstərmək olar. O.Abdullayev bu haqda narazılığını gizlətmədi:

“İkinci ildir ki, çempion olsaq da, Premyer Liqada oynaya bilməyəcəyik. Əgər çempion olub, Premyer Liqada oynamayacağıqsa, bu I divizion niyə keçirilir?! Səkkiz komanda olsun da. Amma Premyer Liqada sonuncu yeri tutan komanda düşsün, yerinə biz oynayaq. AFFA onsuz da Premyer Liqada beş komandaya baxır, onlardan birini çıxarın, yerinə biz gələk. Həmin komandaya verilən pul da bizə verilsin.

Nəinki Tovuz, bütün regionlarımızın komandaları Premyer Liqada olmalıdır. Əgər futbolun səviyyəsini yüksəltmək istəyiriksə, bunu etməliyik. Mingəçevirdə, Qubada, Lənkəranda, Şəmkirdə, Masallıda futbol olmalıdır. Premyer Liqada komandaların bir-birləri ilə dörd dəfə görüşməsindən adam bezir”.

Futbol Veteranları İttifaqının sədri də olan Oqtay Abdullayev Tovuzda bəzi adamların onların işini gözü götürmədiyini və onu oyun alqı-satqısında günahlandırdığını da bildirib:

“Uğurlarımıza baxmayaraq, 2-3 nəfər var ki, Tovuz futbolunun düşmənidir. Tovuzdan olan bu insanlar əziyyətimizə kölgə salır. Qalib gələn komanda oyunu necə sata bilər? İki mövsüm əvvəl çempion olanda oyunda qalib gəlirəm, deyirlər ki, Oqtay oyunu satıb. Deyirlər ki, Oqtay pul “yeyir”. Bizdə AFFA-nın ayırdığı 5 manatı belə səhv yerə xərcləməyə qoymurlar, bunu hara xərclədiyimizin hesabatını istəyirlər. Dörd ildir, hər ay gəlib yoxlayırlar.

AFFA-nın ayırdığı pul heç bizə tam çatır ki, yeyə bilim?! Bəhram adında audit hər ay gəlib yoxlayır. O da hər şeyə baxır. Hansı hotelə nə qədər pul xərclənməsinə kimi maraqlanır.

AFFA 2-3 il əvvələdək bir mövsümə bizə 250 min manat ayırırdı. Amma sonradan bu məbləği 350 minə qədər artırdı. Təbii ki, bu pul da azdır. İndi hər şeyin qiyməti qalxıb. Məsələn, əvvəllər əti 6-7 manata alırdınsa, indi 14 manatadır.

Bu pula xaricdə təlim-məşq toplanışı keçirmək olmur, futbolçular üçün dərman almaq mümkün deyil. Ona görə də öz cibindən, ordan-burdan tapıb həll edirik. AFFA bu pulu ayırmasa, heç Tovuzda futbol da olmayacaq, batıb gedəcəkdi. Məni yandıran odur ki, imkanlı adamlar kömək etmək istəmir. Hərəsi aya 500-1000 manat versə, kluba nə qədər kömək olar. Halbuki, azarkeşlər yazır ki, evimizi sataq, onun pulu ilə komanda oynasın Premyer Liqada”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 309 02.06.20 21:47