Madridin “Real” klubu 2019/20-ci il mövsümün qalan oyunlarını “Santyaqo Bernabeu” stadionunda keçirməyəcək.
Goal.com xəbər verir ki, bu barədə “Real”ın prezidenti Florentino Peres açıqlama verib.
“Son oyunlarımızı 2-ci komandaya məxsus olan “Alfredo Di Stefano” stadionunda keçirəcəyik. Bu qərar “Santyaqo Bernabeu” arenasında aparılan yenidənqurma işlərinin sürətini artıracaq”, - deyə, klub prezidenti qeyd edib.
Xatırladaq ki, İspaniya La Liqasının iyunun 11-də bərpa olunacağı açıqlanıb.