Bilirəm ki, Cəbrayıl Həsənov güclü rəqibdir. O, rəqibini tutmaqda və pərçimləməkdə, həmçinin üzbəüz dayanarkən çox yaxşıdır.
Bunu sərbəst güləş üzrə ikiqat dünya çempionu Kayl Deyk deyib.
O, fight-library.com saytına müsahibəsində ikinci dəfə Cəbrayıl Həsənovu məğlub edərək dünya çempionu olmasından danışıb:
“Oyun planım onu döşəkdən kənarlaşdırmaq idi. Mən bu planı həyata keçirməklə çox yaxşı bir iş ortaya qoydum və ikinci qızılımı da ələ ala bildim”.
79 kq-da dünya çempionu olmuş Kayl Deyk UFC çempionu Həbib Nurməhəmmədovla qarşılaşmağa pis yanaşmadığını bildirib:
“Əgər Həbib güləş döşəyində yarışmaq istəyirsə, mən hazıram. Həbib Nurməhəmmədov, bunu eşitdin? Gəl, bunu edək”.
/oxu.az/