Azərbaycanın qadın güləşçisi Mariya Stadnik 50 kq çəki dərəcəsində dünya çempionu olub.
O, həlledici görüşdə rumıniyalı Emiliya Alina Vuçu ilə görüşüb.
İlk hissəni 5:0 hesabı ilə irəlidə bitirən M.Stadnik yekunda rəqibinə göz açmağa imkan verməyib: 13:0.
Bununla da M.Stadnik ikinci dəfə dünya çempionu tituluna yiyələnib.
Qeyd edək ki, yeddiqat Avropa çempionu olan Stadnik dünya çempionatında ilk dəfə 2009-cu ildə qızıl medal qazanmışdı.