“Neftçi” PFK-nın prezidenti Kamran Quliyev işdən çıxardığı əməkdaşından polisə şikayət edib.
Premyer Liqa təmsilçisinin rəhbəri ötən ilin aprelində klubun veb səhifəsinə baxan Kamran adlı şəxsi işdən çıxarıb.
Lakin o, veb səhifənin idarəetməsini tam təhvil vermədiyindən Kamran Quliyev adaşından hüquq-mühafizə orqanlarına şikayət edib.