AVRO-2020-nin seçmə mərhələsində Bakıda keçirilmiş Azərbaycan - Xorvatiya matçında meydana iki azarkeş daxil olub.
Median.Az-ın report-a istinadən məlumatına görə, fanatlar qarşılaşma başa çatan kimi futbolçulara tərəf qaçmağa başlayıblar.
Polis onlara dərhal müdaxilə edib. Azərbaycan millisinin yarımmüdafiəçisi Qara Qarayev azarkeşə tərəf gedərək onu polisin əlindən alıb.
Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb və Azərbaycan yığması seçmə mərhələdə ilk xalını qazanıb.