Bu gün Rusiyanın Yekaterinburq şəhərində boks üzrə dünya çempionatı start götürəcək.
78 ölkədən 365 idmançının qatılacağı bu dünya çempionatında Azərbaycan millisinin səkkiz boksçusu da mübarizə aparacaq.
Millimizin heyətində dörd boksçumuz 1/32, digər dördü 1/16 finaldan yarışa qoşulacaq.
9 sentyabr
1/32 final
75 kq. Amin Kuşkov – Nursəhət Pazziyev (Türkmənistan)
11 sentyabr
1/32 final
57 kq. Tayfur Əliyev – Tiaqo Punyo (İsveçrə)
12 sentyabr
1/32 final
63 kq. Bəxtiyar Qazıbəyov – Zakir Safiullin (Qazaxıstan)
13 sentyabr
1/32 final
69 kq. Lorenso Sotomayor – Yason Malya (Avstriya)
14 sentyabr
1/16 final
52 kq. Məsud Yusifzadə – Səid Mortaci (Mərakeş)
15 sentyabr
1/16 final
81 kq. Dominqes Alfonso – Qazıməhəmməd Calidov (İspaniya)/Aleksandar Markoviç (Serbiya)
91 kq. İsmayıl Yaqubov – Marat Qriqoryan (Ukrayna)
16 sentyabr
1/16 final
+91 kq. Məhəmməd Abdullayev – Danabieke Bayıkevuzi (Çin)
Qeyd edək ki, dünya çempionatı yeni qaydalara əsasən səkkiz çəkidə təşkil olunacaq.
Yekaterinburqda "EXPO Arena"da baş tutacaq yarışda təsnifat mərhələsinin döyüşləri sentyabrın 9-17-də keçiriləcək.
Ayın 18-də boksçular 1/4 final mərhələsinin qarşılaşmalarına çıxacaqlar. Ertəsi gün istirahət edəcək idmançılar sentyabrın 20-də yarımfinal görüşlərini keçirəcək. Qaliblərin adına isə ayın 21-də aydınlıq gələcək.
Görüşlər Bakı vaxtı ilə saat 16:00-da başlayıb 19:00-da başa çatacaq.
/oxu.az/