Bakının Yasamal rayonunda yanğın hadisəsi qeydə alınıb.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yanğının kəşfiyyatı zamanı 1957-ci il təvəllüdlü Malaxova Elmira İdris qızının meyiti aşkar olunub.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.