Median.Az xəbər verir ki, martın 7-i saat 21 radələrində Kürkəndi kəndi ərazisində, rayon sakini M.Əliyev idarə etdiyi “BMW” markalı avtomobili mağazanın dıvarına vurub.
Nəticədə sürücü və bir sərnişin Mərkəzi rayon xəstəxanasına çatdırılıblar, göstərilən tibbi yardımlara baxmayaraq M.Əliyev orada ölüb.
Sabirabad RPŞ-də faktla bağlı araşdırma aparılır.