Median.Az xəbər verir ki, Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən martın 4-də rayon ərazisindəki evldən 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayyan şəhər sakini F.Əkbərov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan marixuana və 7 ədəd tramadol həbi aşkar edilib.
RPŞ İstintaq bölməsində CM-nin 177.2.3-cü (oğurluq, yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.