Azərbaycan aşıq sənətinə və Şirvan aşıq məktəbinə ağır itki üz verib.
Median.Az Milli.Az-a istinadən xəbər verir ki, tanınmış ustad Aşıq Yanvar Şirvanlı (Bədəlov) bu gün səhər saatlarında rəhmətə gedib.
Aşıq Yanvar Piralı oğlu Bədəlov 1942-ci il fevralın 2-də İsmayıllı rayonunun Tircan kəndində doğulub. Yanvar orta məktəbdə oxuyarkən qonşu Kəlfərəc kəndində yaşayan Aşıq Şamildən dərs alıb. Orta təhsilini başa vurandan sonra Bakı Mədəni-Maarif Texnikumunu bitirib.
2016-ci il 19 sentyabr tarixində prezident İlham Əliyevin verdiyi sərəncamla aşıq Yanvar Pirali oğluna Azərbaycan Respublikasinin Əməkdar mədəniyyət işçisi adı verilib.