Median.Az xəbər verir ki, Binə qəsəbəsi ərazisində Elvin Əliyev idarə etdiyi “BMW” markalı avtomobili yolun hərəkət hissəsində dayanmış Bakı şəhər sakini Sevda Mürsəlliyə məxsus “BMW” markalı avtomobilə arxadan vurub.
Nəticədə hər iki sürücü və sərnişinləri xəstəxanaya yerləşdiriliblər, lakin vəziyyəti ağır olan E.Əliyev orada ölüb.
Xəzər RPİ-də faktla əlaqədar araşdırma aparılır. .