Median.Az xəbər verir ki, dekabrın 18-i saat 21 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhərində, Gəncə şəhər sakini Maarif Lətifi idarə etdiyi “BMW” markalı avtomobillə Samux rayon sakini Nüvər Məmmədovanı vurub.
Nəticədə qadın hadisə yerində ölüb.
DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.