Median.Az xəbər verir ki, dekabrın 16-ı saat 22 radələrində Rəncbərlər kəndi ərazisində, Ağdam rayon sakini Şahin Abdullayev idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca vurub.
Nəticədə Ş.Abdullayev, sərnişinləri - anası Mətanət və azyaşlı oğlu Rövşən hadisə yerində ölüblər, digər 4 sərnişini Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər.
Bundan başqa, həmin gün saat 18 radələrində Boyat kəndi ərazisində, Qaraxanlı kənd sakini Tahir Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili qarşıda gedən Hacılar kənd sakini Rahim Rüstəmovun idarə etdiyi “T-28” markalı traktora çırpıb, sonra isə idarəetməni itirdiyindən qarşıdan gələn Hindarx qəsəbə sakini Etibar Heydərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobilə vurub.
Nəticədə T.Əliyev və sərnişini, həmkəndlisi Namiq Fərzəliyev xəstəxanaya yerləşdiriliblər, tibbi yardımlara baxmayaraq N.Fərzəliyev orada keçinib.
Ağcabədi RPŞ-də faktlarla bağlı araşdırmalar aparılır.