Masallı rayonunun Sığıncaq kəndi ərazisində yaşayış evinin qarajında baş verən qaz sızması nəticəsində yaralanan iki uşaq xəstəxanada vəfat edib.
Səhiyyə Nazirliyindən oxu.az-a verilən məlumata görə, Müseyibov Məhəmməd (2010-cu il təvəllüdlü) və Kərimov Sənan (2006-cı il təvəllüdlü) Respublika Yanıq Mərkəzində dünyasını dəyişiblər:
“Onların bədən səthinin 65-70 faiz termiti yanığı və tənəffüs yollarının yanığı diaqnozu ilə müalicə alırdılar. Vəziyyətləri ağır idi. Görülən tədbirlərə baxmayaraq, onları həyatda saxlamaq mümkün olmayıb”.