Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, dünən saat 18 radələrində 1969-cu il təvəllüdlü Nihad Təhmasib Səbail rayonu Bünyad Sərdarov küçəsindəki evinin hamam otağında yıxılıb.
Xəstəxanaya yerləşdirilmiş Nihad Təhmasib orada vəfat edib.
Qeyd edək ki, Nihad Təhmasib ərəb dili müəllimi olub.
Faktla bağlı araşdırma aparılır.