Bakıda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Yasamal rayonunun Bəsti Bağırova küçəsində baş verib.
37 yaşlı Ruslan Ramiz oğlu İmanov kirayədə yaşadığı evin hamam otağında özünü asıb.
Onun maddi duruma görə özünü öldürdüyü ehtimal edilir.
Hazırda faktla bağlı araşdırma aparılır.