Lənkəranda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Boladi kəndində baş verib.
Belə ki, 68 yaşlı Əflatun Tahirov yaşadığı evin həyətində yerləşən tövlədə özünü asıb.
Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər. Mərhumun hansı səbəbdən özünü öldürdüyü bilinmir.