Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.
APA xəbər verir ki, hadisə Suraxanı qəsəbəsində qeydə alınıb.
Belə ki, 26 yaşlı Gültəkin Vəliyeva yolu keçərkən onu minik avtomobili vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Qadının meyiti Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Suraxanı rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.