Lənkəranda iki piyadanı avtomobil vurub, onlardan biri ölüb, digəri yaralanıb.
Hadisə rayonun Girdəni kəndi ərazisində baş verib.
Belə ki, Girdəni kənd sakinləri 1995-ci il təvəllüdlü Elmar Eldar oğlu Hüseynov və 2000-ci il təvəllüdlü Məhərrəməli Vidadi oğlu Ağayevi minik avtomobili vurub. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.
Vəziyyəti daha ağır olan Elmar Hüseynovun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb.
Digər yaralı Məhərrəməli Ağayev travmatologiya şöbəsinə yerləşdirilib. E.Hüseynovun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.