Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, minik və yük avtomobillərinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.
Onlar rayon xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.