Astara şəhərinin Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, VAZ-2107 markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılıb.
Qəza nəticəsində sürücü, 1998-ci il təvəllüdlü Tural Əlizadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Avtomobildə olan sərnişin, Mehdi Əsgərzadə isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Astara Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.