Xırdalanda yıxılaraq başı daşa dəyən qadın ölüb.
“Report”un məlumatına görə, Xırdalan şəhər sakini 1964-cü il təvəllüdlü Fərqanə Quliyeva yaşadığı evin həyətində yıxılaraq başı yerdəki daşa dəyib.
Nəticədə o, aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.