Göyçayda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
APA xəbər verir ki, rayonun Potu Kürd kənd sakini, 1961-ci il təvəllüdlü Xuraman Əmir qızı Süleymanova dəm qazından zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Reanimasiyaya yerləşdirilən şəxsin vəziyyətinin orta ağır olduğu bildirilir.