Bakının Xətai rayonunda yolu keçən piyadanı avtomobil vuraraq xəsarət yetirib.
“Report”un məlumatına görə, avtomobil yolu keçən 1969-cü il İlhamə Şamil qızı Məmmədovanı vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.