Bakının Yasamal rayonunda küçədə meyit tapılıb.
APA xəbər verir ki, kişi meyiti Akim Abbasov küçəsində aşkarlanıb.
Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkimi Malik Mehdiyev bildirib ki, ölən şəxsin yalnız üz nahiyəsində şişkinlik var.
Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər.
Meyit morqa təhvil verilib.
Ölümün səbəbləri Yasamal Rayon Prokurorluğunun əməkdaşları tərəfindən araşdırılır.