Masallıda 42 yaşlı sürücü sükan arxasında ölüb.
APA-nın cənub bürosu xəbər verir ki, hadisə oktyabrın 20-də saat 22 radələrində qeydə alınıb.
Cəlilabad rayon sakini, 1981-ci il təvəllüdlü Coşqun Babayev idarə etdiyi “Mercedes” markalı avtomobillə Masallı şəhəri ərazisində hərəkətdə olarkən ürək çatışmazlığı nəticəsində avtomobilin sükanı arxasında ölüb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.