Zaqatalada 53 yaşlı kişi göbələkdən zəhərlənərək ölüb.
APA xəbər verir ki, rayonun Höytala kənd sakini, 1970-ci il təvəllüdlü Kərəm Hacıxan oğlu İmranov ötən gün göbələk zəhərlənməsi diaqnozu ilə müalicə aldığı Bakıdakı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib.
K.İmranov kəskin göbələk zəhərlənməsi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) Kliniki Tibbi Mərkəzə göndərilmişdi.