Göygöldə mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların sayı 12 nəfərə çatıb.
"Report"un Qərb bürosunun məlumatına görə, onların arazında azyaşlı da olduğu bildirilir.
Yaralılar xəstəxanaya yerləşdirilib, hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.